BANK

07 Sentyabr

Erdem Çakar: Kartlarla müqayisədə nağd pulun təhlükəsizliyi çox aşağıdır

Fins.az "Mastercard" şirkətinin Azərbaycan üzrə meneceri Erdem Çakarın müsahibəsini diqqətinizə çatdırır.

Bir neçə ay öncə  Azərbaycan Mərkəzi Bankı və “Mastercard” beynəlxalq kart təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb. Bilmək istəyirdim ki, memorandum çərçivəsində rəqəmsal ödənişlərin inkişafı üzrə hansı işlərin görülməsi nəzərdə tutulub və hansı hədəflər müəyyən olunub? Hansı yeniliklər gözlənilir? Anlaşma çərçivəsində hansı işlər artıq görülüb və hansı hədəflərə çatılıb?  

    Bizim ödənişlər, kiber təhlükəsizlik, kiçik və orta sahibkarlıq üçün kart qəbulu, ümumi rəqəmsal infrastrukturun inkişafı və təmassız ödənişlərlə bağlı bir sıra hədəflərimiz var. Haqqında danışılacaq bir çox müxtəlif innovasiya sahələri var, amma onlar haqqında əməli fəaliyyətə keçəndən sonra danışmaq istərdik. Növbət aylar ərzində təmassız ödənişlərdən tutmuş təhlükəsiz virtual ödənişlərə qədər bir sıra təşəbbüslərimizi həyata keçirməyə başlayacağıq.

Azərbaycan vətəndaşları Bakıda ictimai nəqliyyatda gediş haqlarını birbaşa “MasterCard” vasitəsilə ödəyə biləcəkləri deyilmişdi. Həmçinin bununla bağlı “Mastercard” ilə təmassız ödənişləri aparmaq imkanının yaradılması istiqamətində işlər aparıldığı bildirilmişdi. Bilmək istəyirdim ki, hazırda bu işlər hansı mərhələdədir? Nə vaxtdan “Mastercard” bank kartları ilə ictimai nəqlliyyatda ödəniş etmək mümkün olacaq?   “MasterCard”ın 2019-cu ildə keçirilən tədbirində 2020-ci ildə Bakıda ictimai nəqliyyatda gediş haqlarının birbaşa “MasterCard” vasitəsilə ödənilə biləcəyi deyilsə də, artıq 2021-ci il olmasına baxmayaraq məsələ reallaşmayıb. Bu planı gecikdirən və mane olan səbəb nədir?  

  Bakı kimi böyük bir şəhərdə işə salınan açıq dövriyyəli ödəniş sistemlərinə (sistemin bir hissəsi olmadan ödənişlər üçün istənilən ödəniş metodunun istifadəsinə imkan verən sistem) qoşulan çox sayda iştirakçı var. Biz bütün iştirakçılarla işləyirik və şərait münasib olduqda sərnişinlər üçün indiki ilə müqayisədə daha çox seçimlər olacaq. Bu təkcə təmassız ödənişlər olmamalıdır. Bakının qapalı dövriyyəli ödəniş sistemlərindəki kartların debet və kredit kartları ilə avtomatik və sadə üsullarla doldurulması kimi aralıq həllər mövcuddur. Bu həllər daha asan ödənişə imkan yaratdığı bir vaxtda açıq dövriyyəli ödəniş infrastrukturu da inkişaf edir. Mətləbə uyğun olaraq, hazırda Şamaxıda açıq dövriyyəli təmassız ödəniş sistemi tətbiq edirik və o, çox rahat işləyir. Həmçinin, bazar ertəsi və cümə günlərində kartla ödəniş edən bütün sərnişinləri əhatə edən bir kampaniya da həyata keçiririk.

İsveçrənin Sürix Ali Texniki Məktəbinin tədqiqatçıları “Mastercard” və “Maestro” təmassız kartlarında PIN qorunmasını aşmağın yolunu tapıblar. (Card Brand Mixup Attack: Bypassing the PIN in non-Visa Cards by Using Them for Visa Transactions | USENIXhazırda bu boşluğun aradan qaldırıldığı deyilsə də, bu barədə qurumun mövqeyini öyrənmək istəyərdim. Ümumilikdə, “Mastercard” təhlükəsizliklə bağlı hansı işlər görür?  

   Ödəniş kartlarının təhlükəsizliyi haqqında həmişə spekulyativ xəbərlər olsa da, bütün ödəniş şirkətləri şifrələmənin müştərilərin və ticarətçilərin təhlükəsizliyini təmin etməsi üçün ən müasir texnologiyaları tətbiq edərək təhlükəsizlik baxımından birgə çalışırlar. Daha ətraflı məlumat üçün emvco.com saytına və EMVCo Members - EMVCo-ya baxa bilərsiniz. Həmçinin, kartlar, onların üzərindəki çiplər və terminallar da daxil olmaqla, bütün ödəniş cihazları sistemin ən yüksək təhlükəsizlik səviyyəsində çalışmasını təmin etmək üçün ən son standartlar üzrə sertifikatlaşdırılıb. Kartınız oğurlansa da, pulunuz bank hesabınızda qalır. Əsas məsələ PIN kod və onlayn məlumatlarınızı heç kimlə paylaşmamaqdır. Kartlarla müqayisədə nağd pulun təhlükəsizliyi çox aşağıdır. Pul oğurlana və ya itirilə bilər və bu baş verdikdə vəsaitiniz əlçatmaz olur. Bir cəmiyyət olaraq nağd pula qarşı mübarizəmizdə ödəniş kartları və mobil telefondan olduqca çox ödənişlərin edilməsi daha güclü iqtisadiyyat qurmaq üçün əsas silahlarımızdır.