BANK

26 Avqust

Banklara yeni rəqib yoxsa tərəfdaş - Virtual Card  

Son zamanlar sosial mediada ajiotaj yaratmış və rəsmi qurumların xüsusi marağına səbəb olmuş yeni bir ad peyda olub – Virtual Card platforması. Bu layihənin məlum olan bank xidmətlərindən biri olan virtual kartla heç bir əlaqəsi yoxdur. Platforma fintex sahəsi üzrə ixtisaslaşmış "OnePoint" startapının yeni layihəsidir. Startap informasiya texnologiyaları, bank, ticarət, maliyyə və hüquq sahəsində çalışmış təcrübəli kiçik bir qrup tərəfindən yaradılıb.

 Virtual Card nədir və necə işləyir?

Virtual Card platforması ASAN xidmət İnnovasiyalar Mərkəzinin nəzdində yaradılmış İNNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti olan OnePoint startapının yeni fintex məhsuludur. Platformanın yaranma məqsədi ticarət və xidmət sahəsində təmassız və onlayn ödənişlərin tətbiqi ilə avans və nisyə xərcləmələrin tam rəqəmsallaşdırılmasıdır.

Startap terminaloqiyası ilə platforma Contactless payment, BNPL (Buy Now Pay Later), e-commerce, Credit score  və Crowdfunding yanaşmalarını özündə birləşdirir.

Sadə dillə desək, Virtual Card mobil tədbiqini yükləyən müştəri alış-veriş zamanı və ya hər-hansı bir xidmətdən istifadə edərkən ödənişi sadəcə öz smartfonu ilə həyata keçirəcək. Müştərilər üçün Virtual Card istifadəsi asan və sadə  olan mobil tətbiqdir. Tədbiqi yüklədikdə müştəri 3 əsas karta sahib olur – Avans kartı, Taksit kartı və Keşbek kartı.

Alış-veriş və xidmətlərdən istifadə yalnız mövcud partnyor şəbəkəsi daxilində aparıla bilər. Bu yanaşma rəqiblərdən daha yüksək keşbek imkanlarını təmin edir. Müştəri plastik kart və ya ödəniş terminalları vasitəsilə Avans kartına vəsait yükləyir. Bundan sonra hər-hansı xərcləmə etmək üçün satış nöqtələrində QR kodla ödəniş etmək kifayətdir. Qazanılmış keşbek xüsusi Keşbek kartına yeklənir. Keşbek kartında yığılan vəsait də adi qaydada xərclənə və ya nağdılaşdırıla bilər. Bu kartdan xərcləmələr zamanı keşbek üzərinə də keşbek hesablanır. Yaxın zamanda satış nöqtəsinə getmədən tam onlayn hesablaşmalar da nəzərdə tutulubdur.

Taksit kartının əsas məqsədi “İndi al sonra ödə” (BNPL) imkanını yaratmaqdır. Müştəri platformada 7/24 rejimində tam onlayn qaydada müraciət edərək 5 - 10 dəqiqə ərzində Virtual Taksit kartına balans əldə edə bilər. Bunun üçün o, sadə identifikasiya prosesini keçərək və əlaqə  məlumatlarını qeyd etməlidir. Əlavə sorğu-sual olmadan, sənəd istənilmədən sistem müştərinin rəsmi gəlirini və ödəniş qabiliyyətini yoxlayır. Bunun üçün platforma Asan Finans sistemi ilə inteqrasiya olunub və öz skorinq sistemlərində məlumatları qiymətləndirir. Yoxlama prosesi tam avtomatlaşdırılması saniyyələr ərzində həyata keçirilir. Bundan sonra müştəri Taksit kartı ilə adi qaydada nisyə xərcləmələr edir və məbləği bərabər hissələrlə 3-6 ay müddətində geri qaytarır. Yaxın zamanlarda platformada zaminlik və rəsmi gəliri olmayan müştərilər üçün müəyyən imkanlar da nəzərdə tutulubdur.

Taksitli satış tam faizsizdir, yəni kreditdən fərqli olaraq, müştəri yalnız aldığı borcu geri qaytarır. Marqlı məqam odur ki, taksitli satış üçün vəsait elə müştərilərin ödədiyi avansların hesabına formalaşır. Başqa şəxslərin alış-verişini stimullaşdıran müştərilərə əvəz olaraq onların qazandığı keşbek hesablanır. Platforma vəsaiti 3 ay ərzində geri qaytarır və minimum 6% keşbek qarantiyası verir – bu isə mövcud bank depoziti gəlirindən 2-3 dəfə yüksəkdir. Alternativ olaraq, yaxın zamanlarda nisyə satışların maliyyələşdirilməsi məqsədi ilə faktorinq lisenziyası olan təşkilatlar da əməkdaşlığa cəlb olunacaqlar. Qeyd edək ki, banklar və bank olmayan kredit təşkilatları da faktorinq əməliyyatları aparmaq hüququna malik olduğu üçün gələcək mümkün tərəfdaş kimi nəzərdə tutulublar.

Virtual Card-ın üstünlükləri.

Bu biznes model bankçılıqla deyil, sırf ticarət üzərindən qurulduğu üçün dünyanın istənilən ölkəsində keçərlidir. BNPL mexanizmləri Qərbdə artıq fintek sahəsini tam zəbt edib, Virtual Card isə həm də İslam dünyasını nəzərə alır – eyni zamanda həm Avropa, həm də şəriət qaydalarına tam uyğundur.

Platformanın əsas üstünlükləri:

  • Universal başa düşülən sadə qaydalar;
  • Hesablaşmalar üçün bütün vacib kart növlərinə ani çıxış;
  • Kontaktsız və onlayn hesablaşmalar;
  • Yalnız real pul (keşbek) – bonus, point, kripto və digər çaşdırıcı məqamlar yoxdur;
  • Yüksək və çox sadə passiv qazanc;
  • Rahat tam onlayn nisyə xərcləmə imkanı;
  • Etik yanaşma – faiz, gizli komissiya, cərimə yoxdur.

Mobil tətbiq nə zaman istifadəyə veriləcək?

Cari ilin sentyabr ayında tətbiqin istifadəyə verilməsi nəzərdə tutulub. . Hal-hazırda qeydiyyat üçün referal kampaniya keçirilir və ilkin müştərilərin sayı 10 000 nəfərə yaxınlaşır. Bu rəqəb ilk ayda təxminən 1 000 000 manat dövriyə proqnozlaşdırmağa imkan verir. Aparılan sorğuların nəticəsi olaraq müştərilərin 50% taksitli alış-veriş, 20%-i yüksək keşbek, 30%-isə əlavə qazanc üçün tətbiqi səbrsizliklə gözləyirlər.

Startapın həmtəsisçisi Aqşin Məmmədəliyevin verdiyi məlumata görə startap üzvlərinin əsas məqsədi  ilin sonuna aylıq müştəri sayını 50 000 nəfərə çatdırmaqdır. Əsas MVP (Minimal Viable Product), yəni tətbiqin ilkin versiyası işə salındıqdan dərhal sonra həftəlik əsasda ciddi yenilənmələr gözlənilir. Bu ilk öncə onlayn alış-veriş, card-to-card, Open Banking, qeyri rəsmi gəliri olan şəxslər üçün taksit, müxtəlif ödəniş sistemləri ilə inteqrasiya istiqamətində olacaqdır. Qoyulmuş məqsədlərdən bir də ölkədə kredit riskini azaltmaq məqsədi ilə yaradılmış Kredit Bürosunun Mərkəzi Kredit Reyestrinə qoşulmaqdır – bu istiqamətdə müvafiq qurumlara məsləhətləşmələr aparılır və yaxın zamanda müraciət olunacaq.

Startapa dəstək verən var mı?

Startap “NEXT STEP” Innovation Center şirkətində inkubasiya və “SUP VC” şirkətində akselerasiya proqramı keçmişdir. Bundan əlavə, Azərbaycan Mərkəzi Bank ilə “Bank Respublika” ASC və “INNOLAND” Mərkəzinin fintex-startuplar üçün birgə həyata keçirdiyi “Open Banking Lab” inkubasiya proqramının 5 seçilmiş iştirakşısından biri olub. Elektron Hökumətin İnkişafı Mərkəzinin dəstəyi nəticəsində müvafiq məlumat mənbələrinə çıxış təmin edilib.

Qeyd edək ki, Virtual Card ticarət platforması olsa belə, bank kartlarının funksionallığına oxşarlığı olduğu üçün requlyativ qurumların da diqqətindən yayınmayıb. Ölkədə maliyyə və hüquqi risklərin nəzarətdə saxlanılması məqsədilə Mərkəzi Bank rəsmiləri ilə də hüquqi müstəvidə məsləhətləşmələr aparılır.

Startapın əsas təşkilati, məlumat və hüquq dəstəyi ASAN xidmət İnnovasiyalar Mərkəzi tərəfindən aparılır.

Link: //www.virtualcard.az

Müəllif:Aynur Qəniyeva