BANK

12 Avqust

Millət Vəkili:Minatəmizləyənlərə güzəştli ipoteka hüququ verilsin

İqtisadçı deputat Vüqar Bayramov Minatəmizləmə Agentliyinin (ANAMA) işinin gücləndirilməsi fonunda minatəmizləyənlərə xüsusi güzəştlərdən istifadə hüququnun verilməsini təklif edib.

“Fins.az” xəbər verir ki, V. Bayramovun sözlərinə görə, mənzil təminatının yaxşılaşdırılması üçün minatəmizləyənlərə də sosial ipotekadan istifadə hüququnun verilməsi məqəsədəuyğundur: “Belə ki, güzəştli ipotekadan istifadə etmək hüququ minatəmizləyənlərin aşağı fazili kreditlərlə ev almasına imkan yarada bilər. 

İkincisi, Əmək pensiyaları haqqında Qanunun 9-cu maddəsinə uyğun olaraq Nazirlər Kabineti tərəfindən minatəmizləyənlərə də güzəştli, yəni daha tez pensiyaya çıxmaq hüququnun verilməsini təklif edirik. İş şəraitini və risk dərəcəsini nəzərə aldıqda minatəmizləyənlərə daha tez pensiya yaş hüququnun verilməsi məqsədəuğun olardı

Üçüncüsü, ANAMA-nın uzun müddət çalışan əməkdaşlarının pensiya kapitalı məbləğinə yenidən baxılması və 22 faizlik sosial sığorta güzəştinin nəzərə alınaraq vəsaitin hesablanmasına ehtiyac var. Belə ki, uzun müddət həmin işçilər üçün 22 faizlik sosial sığorta güzəştinin tətbiq olunması səbəbindən onların pensiya kapitalı məbləği yüksək olmayıb.

Dördüncüsü, maliyyə imkaları artdıqca ANAMA əməkdaşlarının əmək haqqlarında artırmların davam etdirilməsi vacibdir. Bu minatəmizləyənlərin sosial müdafiəsinin daha da gücləndirilməsi baxımdan əhəmiyyətlidir.

Bütövlükdə, növbəti illərdə ANAMA əməkdaşlarının şərəfli fəaliyyəti daha da genişlənəcək. İşğaldan azad olunan torpaqlarımızın daha tez məskunlaşılmasında da minatəmizləyənlərin xüsusi töhvəsi olacaq”.