BANK

30 İyul

Azərbaycan Mərkəzi Bankı bu gün vacib qərar AÇIQLAYAQ

Azərbaycan Mərkəzi Bankı faiz dəhlizinin parametrlərinə dair növbəti qərarını bu gün verəcəkdir. Faiz qərarı saat 12:00 radələrində ictimaiyyətə açıqlanacaqdır.

Fins.az xəbər verir ki, növbəti qərar Mərkəzi Bankın 2021-ci ildə faiz dəhlizinin parametrlərinə dair 5-ci qərarı olacaqdır. Mərkəzi Bank bu il faiz dəhlizinin parametrlərinə dair 8 dəfə qərar nəzərdə tutur.

Qeyd edək ki, 2021-ci ilin ötən dövründə keçirilmiş 4 iclasda Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin dəyişməz saxlanılması haqqında qərarlar qəbul edib.