BANK

28 İyul

Bu gün ABŞ Mərkəzi Bankı dollarla bağlı vacib qərarını AÇIQLAYACAQ

Bu gün ABŞ Mərkəzi Bankı (Fed) faiz qərarını açıqlayacaq.

Fins.az xəbər verir ki, Fed qərarını Bakı vaxtı ilə saat 22:00-da açıqlayacaq, 22:30-da idə Fed sədrinin mətbuat konfransı başlayacaqdır.

Fed-in faizində dəyişiklik etməyərək 0%-0,25% aralığında saxlayacağı gözlənilir.

Fed-in və Fed sədrinin açıqlamalarında verəcəyi mesajlar önəmli olacaqdır. Ötən iclasda Fed bəyan etmişdi ki, faiz dərəcələri gözləniləndən daha erkən yüksəldə bilər.  Rəsmilərin əksəriyyəti faiz dərəcələrinin 2022-2023-cü illərdə artmasını gözləyir. Bunun səbəb kimi, artan inflyasiyanın gözləniləndən daha tez baş verməsi göstərilir. Bundan əlavə, iqtisadi artımın FED-in proqnozlaşdırdığı 6,5%-dən çox olması ehtimalı da bu gözləntilərə əsas verir.