BANK

26 İyul

Bağlanan bankın daşınmaz əmlakı 1.6 mln. manata hərraca çıxarılıb

Fins.az xəbər verir ki, 22 iyul 2021-ci il tarixində saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun balansında olan daşınmaz əmlak açıq hərraca çıxarılıb. 

Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 87 nömrəli 4 mərtəbəli binanın 1-ci mərtəbəsində və 1 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 259.7 kv.m qeyri-yaşayış sahəsi satışa çıxarılacaq. Daşınmaz əmlakın ilkin satış qiyməti 1560000 manat təşkil edib.  

Qeyd: Əmlakın 21 iyun 2021-ci il tarixində keçirilən hərracı baş tutmadığından 22 iyul 2021-ci il tarixində saat 11:00 –da təkrar hərracı keçirilib. 

Bildirilir ki, satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməli və əmlakın alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına köçürülməlidir.

Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan:Bakı şəh., Yasamal ray, məhəllə 593, Ə.Salamzadə küç. 2C (3-cü mərtəbə). Tel: 050/055-206-66-67