BANK

26 İyul

Azərbaycanda nağdsız əməliyyatların həcmi 57% ARTIB

Ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin 6 ayı ilə müqayisədə 57% artıb.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi bankı məlumat yayımlayıb 

Məlumata görə,cari ilin 6 ayında kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 4313 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 53%-i (2292 mln. manat) elektron ticarətin payına düşür. Qalan məbləğin 1764 mln. manatı POS-terminallar, 257 mln. manatı isə ATM-lər vasitəsilə reallaşdırılmışdır. İyun ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 28.4%-ni təşkil edib. 

Müəllif:Aynur Qəniyeva