Mərkəzi Bank pandemiya səbəbindən kredit ödənişində yubanmaları olanlara cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmaması, borcalanların kredit öhdəlikləri üzrə gecikmələrlə bağlı onların kredit tarixçələrinin pisləşməməsinə dair tövsiyyə müddətini bu il oktyabrın 1-dək uzadıb.
Fins.az xəbər verir ki, bunu Millət vəkili Vüqar Bayramov açıqlayıb
O güzəştlərlə bağlı şərh verərək bildilrib ki, bu o deməkdir ki, Mərkəzi Bankın tövsiyyəsinə əsasən pandemiya təsirləri səbəbindən krediti ödəyə bilməyən vətəndaşlarımızın borcuna oktyabrın 1-dək cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmamalıdır. Eyni zamanda, həmin şəxslərin kredit tarixçəsi pisləşdirilməməlidir, yəni adları “qara siyahı” adlandırılan siyahıya daxil edilməməlidir.
Müəllif: Aynur Qəniyeva