Neftin qiyməti 72 dollar çıxdıqdan sonra geriləyir.
Fins.az xəbər verir ki, bu gün neftin ucuzlaşması Dolların bahalaşması ilə əlaqədardır. Dolların güclənməsi əmtəələrin cazibəsini azaldır.
Analitiklər bildirirlər ki, qarşıdakı dövrdə neftin bahalaşması davam edəcəkdir. Yay ilə əlaqədar olaraq avtomobil idarə edilməsi artır, bu da yanacağa tələbi daha da artıracaqdır.
Bakı vaxtı ilə saat 10:54-də Brent nefti 0,8% ucuzlaşma ilə 71,28 dollardan ticarət olunub.