“TuranBank” ASC-nin səhmdarları Bankın nizamnamə kapitalını daha 4 999 922 və yaxud 6,67% artıraraq 75 003 158 manatdan 80 003 080 manata çatdırmağa qərar verib.
Kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 1 082 manat olan 4 621 ədəd yeni adi, sənədsiz, adlı səhm buraxılacaq.
Qiymətli kağızları mövcud səhmdarların alacağı və yaxud kredit təşkilatına yeni səhmdar cəlb ediləcəyi hələ ki, məlum deyil.
Xatırladaq ki, “TuranBank” 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 55,3 %-i 20 fiziki şəxsə, 44,7 %-i isə 8 hüquqi şəxsə məxsusdur.
“Report”