«BOKT Azpul» MMC müştərilərinə yüksək texnologiyalara əsaslanan innovativ kredit məhsulları – ani kreditlər təqdim edəcək.
Fins.az xəbər verir ki,“Azpulmat” aparatları vətəndaşların şəxsiyyət vəsiqəsinin sürəti və barmaq izi əsasında 30 saniyə ərzində 20 manatdan başlayaraq borc verir.
Bu tamamilə rəqəmsal olmaqla, süni intellektə, müştərilərin biometrik göstəricilərinə əsasən məsafədən identifikasiyası və verifikasiyasına, nəticədə fiziki təmasın sıfıra endirilməsinə əsaslanır. Eləcə də bu məhsullar ölkədə nağdsız əməliyyatların stimullaşdırılmasına dəstək verəcək.
Müəllif:Aynur Qəniyeva