BANK

02 İyun

Morgan Stanley-dən yeni neft qiyməti proqnozu

Qlobal investisiya bankı Morgan Stanley-in bu gün nəşr etdiyi hesabatından, neft qiymətləri üzrə qısa və uzunmüddətli proqnozlarını dəyişdiyi məlum olub.

Fins.az xəbər verir ki, Brent nefti üçün 2021-ci ilin 4-cü rübü üzrə proqnozunu 65 dollar/barreldən 67,5 dollar/barrelə yüksəldən Morgan Stanley, 2022-nin ilk yarısı üçün proqnozunu da 60 dollar/barreldən 65 dollar/barrelə yüksəldib. Morgan Stanley, 2022-ci ilin ikinci yarısı üçün daha əvvəl 55 dollar/barrel olaraq açıqladığı təxminini də 65 dollar/barrel olaraq yeniləyib.

Bank Brent neft üçün uzunmüddətli qiymət proqnozunu da 50 dollar/barreldən 60 dollar/barrel revizə edib.

Qərbi Texas nefti üçün də proqnozlarında dəyişiklik edən Morgan Stanley, 2021-ci ilin 4-cü rübü üzrə proqnozunu 62,5 dollar/barreldən 65  dollar/barrelə, 2022-nin ilk yarısı üçün proqnozunu 57,5 dollar/barreldən 62,5  dollar/barrelə və 2022-ci ilin ikinci yarısı üçün daha əvvəl 52,5  dollar/barrel olaraq açıqladığı proqnozunu da 62,5 dollar/barrelə yüksəldib.