ABA-nın nəzdində fəaliyyət göstərən “Daxili auditüzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib.
Fins.az xəbər verir ki,iclasda Azərbaycan Beynəlxalq Bankının Daxili audit departamentinin direktoru, ABA-nın “Daxili audit üzrə Ekspert Qrupu” rəhbəri Elgün Qurbanov açılış nitqi ilə çıxış etmiş daha sonra Beynəlxalq daxili auditorlar institutunun Azərbaycannümayəndəliyinin sədri Əziz Fətəliyev“Daxili audit peşəsi haqqındamarifləndirmənin önəmi və gələcək prespektivlər” mövzusunda çıxış etmişdir.İclasın davamında Azərbaycan Beynəlxalq Bankının Daxili audit departamentininaudit meneceri Nərgiz İsayeva və baş İT auditoru Azad Məmmədov “ Yeniçağırışlar – Agile audit” və “İT auditin önəmi və funksiyası” mövzularındatəqdimat nümayiş etdirmişlər .İclas zamanı gündəlikdə duran məsələlərlə bağlı fikir mübadiləsi aparılmış, görüş iştirakçılarının sualları cavablandırılıb.