BANK

02 İyun

Türk lirəsi dollar qarşısında rekord həddə UCUZLAŞIB

Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyə Respublikası Mərkəzi Bankının sədri Şahap Kavcıoğlu ilə görüşdükdən və faizləri endirməli olduğunu açıqladıqdan sonra Türk lirəsi dollar qarşısında tarixin ən aşağı səviyyəsinə enib.
Fins.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın faiz açıqlamalarından sonra türk lirəsi dollar qarşısında tarixin ən aşağı səviyyəsinə enib.

Ərdoğanın açıqlamalarından sonra bazarda Dollar / TL məzənnəsi 8.80 səviyyəsinin üzərində test edildi. Daha sonra cütlük 8.60 səviyyəsinə çəkildi və səhər 8.64 ətrafında sabitləşib.

Avro / TL məzənnəsində, izahatlardan sonra 10.75 səviyyəsinin üzərində test edildi. Dollar və avro məzənnələrində qiymət qoyulduqdan sonra səbətin valyuta tərəfində rekord səviyyədə 9.76 qeydə alınıb.

Müəllif:Aynur Qəniyeva