BANK

02 İyun

Azərbaycan bu bank pərakəndə kreditləşməni 15% ARTIRIB

«Unibank» 2020-ci ildə pərakəndə kreditləşmə üzrə portfelini 14,8%, korporativ kreditləşmə üzrə portfelini 3,8% artırıb.

Bankın audit olunmuş illik hesabatına əsasən, 2021-ci ilin əvvəlinə bankın pərakəndə kreditləşmə üzrə portfeli 385,17 milyon manat (bütün kredit portfelinin 68,1%-i), korporativ kreditləşmə üzrə portfeli 180,332 milyon manat (31,9%) məbləğində qiymətləndirilir.

Pərakəndə kreditləşmənin strukturunda 183,221 milyon manat (2020-ci ildə artım 18,9%) nağd kreditlərin, 99,421 milyon manat (artım 19,3%) kredit kartları ilə verilən kreditlərin, 49,092 milyon manat (azalma 9,4%) daşınmaz əmlakla aparılan əməliyyatlar daxil olmaqla ipoteka kreditləşməsinin, 51,489 milyon manat (artım 4,9%) mikrokreditlərin payına düşüb.

Korporativ kreditlərin strukturunda 124,892 milyon manat (artım 3,5%) ticarət və xidmət, 29,718 milyon manat (artım 4,6%) sənaye, 12,067 milyon manat (artım 11,1%) kənd təsərrüfatı, 11,325 milyon manat (artım 5,5%) tikinti sahələrinin maliyyələşdirilməsinin payına düşüb.

2020-ci ildə bankın kredit portfeli 11% - 565,502 milyon manatadək artıb.

"Unibank" ASC 2002-ci ilin oktyabr ayında yaradılıb və Azərbaycanın aparıcı banklarının onluğuna daxildir.