BANK

02 İyun

“Rabitəbank” Ani Ödənişlər Sisteminə qoşuldu

“Rabitəbank” ASC daha bir rahat bankçılıq addımı ataraq Ani Ödənişlər Sisteminə (AÖS) inteqrasiya oldu.

Ani Ödəniş Sistemi fiziki və hüquqi şəxslərə ödəniş əməliyyatlarının 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (FİN kod, VÖEN, mobil nömrə, elektron poçt) aparılmasına və ödənişin dərhal vəsait alanın bank hesabına daxil olmasına imkan yaradır. AÖS-ün daha bir üstünlüyü odur ki, vəsaitin köçürülmə prosesi cəmi 5 saniyədə yekunlaşır. Əməliyyatlar milli valyutada həyata keçirilir və bir əməliyyat üzrə maksimal məbləğ 40 000 AZN-dir. Büdcə ödənişləri üçün əməliyyat üzrə məbləğ limiti yoxdur.

Bu sistem rəqəmsal bank həllərinin effektivliyini yüksəldərək müştərilərə məsafədən xidmət imkanlarını və xidmət çeşidlərini genişləndirəcək.

Müştərilər Banka müraciət etməklə öz hesablarından AÖS-də istifadə etmək üçün ilkin qeydiyatdan keçə bilərlər.

Qeyd edək ki, Ani Ödənişlər Sistemi (AÖS) Mərkəzi Bank tərəfindən 2020-ci ildə istifadəyə verilib. Yaxın zamanda AÖS-ün əhatə dairəsinin genişləndirilməsi və funksionallığının artırılması planlaşdırılır.