Çatbot vasitəsi ilə bank müştəriyə kredit verilib-verilməyəcəyini müəyyən edə bilər.
Fins.az xəbər verir ki, bu barədə "Whelp" şirkətinin icraçı direktoru Seymur Rəsulov məlumat verib
O bildirib ki, Whelp şirkəti çatbot vasitəsi ilə bankın müştəriyə kredit verilib-verilməyəcəyini müəyyən edilməsini avtomatlaşdıran həll təklif edir. Belə ki, bank ilkin mərhələdə çox az vaxt sərf edərək kredit müraciəti edən şəxsə kredit verilməsinin mümkün olub-olmayacağını müəyyənləşdirə bilər.
Seymur Rəsulov təklif edilən həllin yaratdığı üstünlüklərlə bağlı "Kredit almaq üçün banka müraciət edən şəxsə kredit verilib-verilməyəcəyinin müəyyən edilməsi prosesini bizim təklif etdiyimiz həll avtomatlaşdıraraq müştərilərə operativ xidməti təmin edir. Bu şirkətlərin, bankların eyni zamanda vətəndaşların vaxtına qənaət etməsinə yardımçı olmaqla yanaşı fəaliyyətdə dinamika yaradır.
Qeyd edək ki, Whelp şirkəti 2019-cu ildə Nyu Yorkda Amerika şirkəti olaraq qeydiyyatdan keçib. 2021-ci ildə Kanadadan aldığı investisiya ilə investisiya məbləği 0,5 milyon dollara çatıb. 14 nəfərlik işçi heyətinə malik olan şirkətin baş ofisi Bakıda yerləşir Nyu Yorkda filialı var. Beynəlxalq aləmdə Azərbaycan və Kanadanın müştərək şirkəti olaraq tanınır. Əsas məqsəd şirkətlərə və banklara eyni zamanda alış-veriş xidməti təqdim edən istənilən şirkətə proqram təminatı təqdim etməkdir. Şirkətlərin işini avtomatlaşdırmaq onların müştəri xidmətlərinin keyfiyyətinin yükəldilməsi üçün prosesləri tezləşdirməkdir. Hazırda Whelp -in xidmətlərindən 16 ölkədə 500-dən çox şirkət istifadə edir.
Müəllif: Aynur Qəniyeva