Bu ilin iyunun 1-nə Azərbaycanda manatla pul bazası 13 856,8 mln. manat təşkil edib.
Fins.az-n Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, son bir ayda manatla pul bazası 4,3%, ilin əvvəlindən 2,2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 26,9% artıb.