BANK

01 İyun

Dövlət xəttilə verilən ipoteka kreditlərinin sayı 34 mini ötüb

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu 34 003 borcalana 1 milyard 810 milyon 220 min 508 manat məbləğində ipoteka krediti verib.

Fins.az xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 231 milyon 270 min manat məbləğində biznes kreditlərinə zəmanət verib, 822 mənzil isə kirayəçilərə verilib.