BANK

31 May

Mərkəzi Bank bu nazirliklə elektron imza-nın bank xidmətlərində istifadəsini müzakirə edib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və bank nümayəndələrinin iştirakı ilə onlayn görüş keçirilib. 

Görüş zamanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən təqdim edilən elektron imza sertifikatlarının bank xidmətlərində istifadəsi barədə müzakirələr aparılıb, rəqəmsal bankçılığın inkişaf etdirilməsində sertifikat xidməti mərkəzlərinin imkanlarından istifadənin əhəmiyyəti vurğulanıb

Müzakirələr zamanı bank nümayəndələrinə elektron imza sertifikatının imkanları barədə məmlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb

Sonda Mərkəzi Bank nümayəndələri, habelə ABA-nın Ekspert Qrupları tərəfindən maliyyə-bank sektorunda elektron imzadan istifadənin stimullaşdırılması məqsədilə “Elektron imza” sertifikatları tətbiq edilmiş yeni nəsil şəxsiyyət vəsiqələrindən istifadə təklifi irəli sürülüb.

Müəllif:Aynur Qəniyeva