BANK

30 May

Azərbaycanın qonşusu  olan bu ölkədə Mərkəzi Bankın sədri istefaya göndərildi

Bu gün İranın Mərkəzi Bankının sədri Əbdülnəsir Himməti Prezident Həsən Ruhani tərəfindən istefaya göndərilib.

Fins.az xəbər verir ki, Həmid Purməhəmmədi İranın Mərkəzi Bankının sədri təyin edilib.

Qeyd edək ki, Ə.Himməti iyunun 18-də İranda keçiriləcək prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb. Onun namizədliyi Konstitusiyanın Mühafizə Şurası tərəfindən təsdiq edilib.