“International” QSC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 202 min manat xalis mənfəətlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 14,5 dəfə çoxdur.
Ötən il “International”ın vergiyəqədərki mənfəəti 270 min manat (əvvəki ilə nisbətən 10,8 dəfə çox), mənfəət vergisi ödəmələri isə 68,5 min manat (6,3 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə “International”ın aktivləri 14 milyon 733 min manat olub ki, bu da illik müqayisədə 39,7% çoxdur. Bunun 12 milyon 404 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-un kredit portfeli 32,6% böyüyüb.
Hesabat dövründə “International”ın öhdəlikləri 20,3% artaraq 11 milyon 760 min manata, balans kapitalı isə 3,85 dəfə artaraq 2 milyon 973 min manata, o cümlədən nizamnamə kapitalı 3 dəfə artaraq 3 milyon manata çatıb.
Xatırladaq ki, “International” 2013-cü ildə yaradılıb. BOKT-un səhmdarı 100% Rifat Həsənovdur.
© Marja