Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il mayın 1-nə 921,5 milyon manat təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.
Məlumata görə,bu göstərici ötən ayla müqayisədə 0,4% çoxdur.
Problemli kreditlər ilin əvvəlinə nisbətən 3,2% artıb, son 1 ildə isə 25,2% azalıb.
Aprelin sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 6,1% təşkil edib. Bu nisbət ötən ilin sonuna 6,1%, ötən il aprelin sonuna isə 8,1% olub.