BANK

27 May

Azərbaycanda nağdsız əməliyyatlar 65% ARTIB

Ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin aprel ayının sonu ilə müqayisədə 65% artıb.

Fins.az xəbər verir ki, 2021-ci ilin aprel ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 733 mln. manat təşkil edib. 

Məlumata görə,həyata keçirilən nağdsız ödənişlərin 380 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 311 mln. manatı POS-terminallar, 42 mln. manatı isə ATM-lər vasitəsilə gerçəkləşdirilib. 

Müəllif: Aynur Qəniyeva