01 May 2021-ci il tarixində Azərbaycanın bank sektorunun kredit qoyuluşları 14 milyard 611,8 milyon manat təşkil edib. Aprelin əvvəlində kredit qoyuluşları 14 milyard 352.4 milyon manat idi.
Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayımlayıb.
Məlumata görə,aprel ayında əhalinin əmanətləri 8 milyard 147.5 milyon manatdan 8 milyard 352,9 milyon manata yüksəlib.
Kredit qoyuluşları (milyon manatla)
01.05.2021 14611,8
01.04.2021 14352.4
01.03.2021 14246,1
01.02.2021 14213,8
01.01.2021 14157.0
Əhalinin əmanətləri (milyon manatla)
01.05.2021 8352,9
01.04.2021 8147.5
01.03.2021 8379,9
01.02.2021 8202.9
01.01.2021 8177.9