1990-cı illərin əvvəllərində Rusiyada fəaliyyətə başlayan ilk xarici banklardan biri olan Amerikanın maliyyə korporasiyası Citi Group, ölkədəki pərakəndə bankçılıq fəaliyyətini ləğv etməyi planlaşdırır.
Marja şirkətin açıqlamasına istinadla xəbər verir ki, Citi, fərdi müştərilərlə iş biznesini satmağa qərar verib.
Citibank, aktivlər (696,1 milyard rubl) və pərakəndə depozitlər (166,4 milyard rubl) baxımından Rusiyada 17-ci yerdədir, yarım milyona yaxın vətəndaşa və 3000-dən çox korporativ müştəriyə xidmət göstərir.
Qərar ABŞ-ın yeni sanksiyalarının tətbiqi ilə demək olar ki, eyni vaxtda elan edilib. "Strateji mövqelərin əsaslı yenidən qurulmasının bir hissəsidir" ,- Citi bildirib.
Rusiya Federasiyasından əlavə qrup daha 12 ölkəni tərk edir. Bunlar Avstraliya, Bəhreyn, Çin, Hindistan, İndoneziya, Koreya, Malayziya, Filippin, Polşa, Tayvan, Tayland və Vyetnamdır. Məqsəd, şirkətin investisiyalarını “ən çox böyümə potensialına sahib olduğu” bölgələrə yönəltməkdir.
Qərar yalnız pərakəndə xidmətlərə aiddir; Citi əvvəlki kimi Rusiya Federasiyasındakı korporativ müştərilərə xidmət göstərməyə davam edəcəkdir.
Citibankın Rusiya bazarından çıxması bir neçə il çəkəcək və Citibank, əvvəllər olduğu kimi fərdi müştərilərə xidmət göstərməyə davam edəcəyini vurğulayır.
© Marja