Çin Xalq Bankı (Mərkəzi Bank) milli valyutanı 184 baza bəndi möhkəmləndirərək, bir dolları 6.4099 yuana bərabər edib.
Fins.az xəbər verir ki, tənzimləyicinin rəsmi saytında yayımlanan məlumatlara görə, bu, 14 iyun 2018-ci ildən bəri maksimum dəyərdir.
Valyuta məzənnəsinin hazırkı möhkəmlənməsi ardıcıl üçüncü iş günüdür davam edir.
Daxili və xarici amillər, xüsusən də dollar indeksinin düşməsi, əsas iqtisadi göstəricilər, Çinin xarici ticarətindəki vəziyyət nəzərə alınaraq yuan dollara qarşı möhkəmləndirilib.
Bəzi analitiklər məzənnənin bir dollar üçün 6.3-6.2 yuana yaxın olacağına inanırlar.
2020-ci ildə yuan dollar qarşısında ucuzlaşırdı. 29 May 2020-ci ildə bir dollar 7.1316 yuan təşkil etmişdi.