Azərbaycan Beynəlxalq Bankı (ABB) 2020-ci ildə tikinti sahəsinin kreditləşdirilməsi üzrə portfelini 136,255 milyon manatadək artırıb. Bu barədə bankın 2020-ci ilin yekunları üzrə auditi aparılmış hesabatında deyilir.
2019-cu ilin yekunları üzrə ABB-nin tikinti sahəsinin kreditləşdirilməsi üzrə portfeli 50,393 milyon manat təşkil edib. Beləliklə, ötən il ərzində bank sözügedən kredit portfelini 2,7 dəfə artırıb.