İyun ayında türk şirkətləri xarici valyutada 6.9 milyard dollar məbləğində istiqrazları geri ödəməlidirlər. Bu, 2022-ci ilin martına qədər hər ay üçün maksimum dəyərdir.
Buraya yaxınlaşan suveren istiqrazların geri alınmasını da əlavə etsək, bu rəqəm 9.2 milyard dollara çatacaq, deyə "Deutsche Bank"-ın strateqi Oliver Harvey bildirib. Onun sözlərinə görə, valyutaya olan tələb, bu iki amilə görə lirənin məzənnəsinə əlavə təzyiq göstərə bilər.
Xarici investorların türk varlıqlarından qaçması fonunda bu il lirə dollar qarşısında təxminən 13 faiz itirdi.