BANK

25 May

Bank müştərilərinin müraciətlərinə Bank Ombusdmanı ilə birgə baxılacaq

Azərbaycan Banklar Assosiasiyasının İcraçı Direktoru Yunus Abdulov “Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov arasında görüş keçirilib. Görüşdə həmçinin Bank Ombudsmanı İkram Kərimov və Bank Ombudsmanının Məsul Katibi Elçin Həsənov iştirak edib.

Fins.az xəbər verir ki, görüşdə sahibkarların və vətəndaşların bank xidmətləri ilə bağlı təklifləri haqqında fikir mübadiləsi aparılmış, əməkdaşlıq istiqamətləri müzakirə edilmişdir.

E.Hüseynov rəhbərlik etdiyi təşkilata bank müştərilərindən müxtəlif məsələlər üzrə müraciətlərin daxil olduğunu, bu müraciətlərin qarşılıqlı əməkdaşlıq çərçivəsində ABA-nın və Bank Ombusdmanın dəstəyi ilə baxılmasının effetiv ola biləcəyi bildirmişdir. Görüş zamanı, bu istiqamətdə birgə fəaliyyətin effetiv olacağı vurğulanmışdır. Eyni zamanda, gələcəkdə ABA, AİİB və Bank Ombudsmanı birlikdə istehlakçıların hüquqlarının qorunması və onların maariflənməsi istiqamətində birgə layihələrin keçirlməsi imkanlarının araşdırılması qərara alınmışdır.