BANK

21 May

Bağlanan bankda qalan pulu geri almaq üçün nə etmək lazımdır?

Kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət etməlidir.
Fins.az xəbər verir ki, ərizədə əmanətin qoyulduğu bankın adı, əmanətin hansı valyutada qoyulduğu (manatda və ya digər valyutada), əmanətçinin özü barədə məlumat (adı, soyadı, doğulduğu yer, təvəllüdü (ay, il), ünvanı, əlaqə telefonu və e-mail ünvanı), kompensasiyanı hansı formada almaq istədiyi (nağd, köçürmə və s.) göstərilməlidir.
Ərizəyə aşağıdakı sənədlər və onların surətləri əlavə olunmalıdır:
1. əmanət (bank hesabı) müqaviləsi;
2. əmanət kitabçası (yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənəd);
3. şəxsiyyəti təsdiq edən sənəd;
4. əmanətçinin nümayəndəsi müraciət etdikdə onun notariat qaydasında təsdiq olunmuş etibarnaməsi.
Əmanətçi kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən bir il müddətində Fonda ərizə ilə müraciət edə bilər. Əmanətçi bu müddətdə müraciətini qeyri-mümkün edən halları təsdiq edən sənədləri Fonda təqdim etdikdə kompensasiyanı almaq üçün müraciət müddəti uzadıla bilər, bir şərtlə ki, bildirişin ilk dəfə dərc edildiyi gündən beş ildən artıq müddət keçməsin.
Əmanətçiyə kompensasiya ərizənin verildiyi tarixdən etibarən 90 gün müddətində Fond tərəfindən ödənilir. Müstəsna hallarda Fondun Himayəçilik Şurasının qərarı ilə kompensasiyanın ödənilməsi 90 günədək uzadıla bilər.