2020-ci ildə “Kapital Bank” ASC ştatını artırmağa davam edib.
Bankın illik hesabatına əsasən, 2020-ci ilin sonuna “Kapital Bank”da 2019-cu ilin sonuna 3250 nəfərə qarşı 3620 nəfər çalışıb. Beləliklə, ötən il “Kapital Bank” ştatını 11,4% artırıb.
Xəbər verildiyi kimi, 2019-cu ildə “Kapital Bank” əməkdaşlarının sayını 15,5% artırıb.
“Kapital Bank” Azərbaycanda 140 ildən çoxdur fəaliyyət göstərir və aparıcı bankların üçlüyünə daxildir. Bankın səhmdarları PAŞA Holding (99,88%) və fiziki şəxslərdir (0,12%).