İlon Maskın keçən həftə Teslanın ətraf mühitin qorunması məqsədilə bitkoinlə ödənişləri qəbul etməyəcəyini elan etdikdən sonra kripto sistemlərin enerji istehlakı yenidən gündəm olmağa başlayıb.
Bu səbəblə "Galaxy Digital" bitkoinin enerji sərfiyyatına dair hesabat yayımlayıb. Araşdırmanın nəticəsinə əsasən, sözügedən kriptovalyutaya (113,89 TWh/illik) klassik maliyyə sənayesi və qızıl sektorundan (240,61 TWh/illik) daha az enerji sərf olunur. Bank sektorunda bu göstərici illik 238,92 teravatt-saata çatır.
Qeyd etmək lazımdır ki, bir bankda enerji sərfiyyatının hesablanması çətin olmasına baxmayaraq, bitkoində bu çox asan izləniləndir.