BANK

17 May

“Bank of Baku”-ya yeni rəhbər təyin olunub

Bank of Baku” ASC-nin İdarə Heyətinin sədri Eldar Həmidov vəzifəsindən azad edilib.

 Banka rəhbərlik Filiz Yunis Əmrə Əli oğluna həvalə olunub.

O, indiyə qədər “Bank of Baku”nun Müşahidə Şurasının üzvü olub, Bankın əsas səhmdarı olan Türkiyənin “Nab Holdinq”ində çalışıb.

Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35 %-i "NAB Holdinq"ə, 31,1%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik, "AFB Bank" ASC-nin isə 99,6%-lik səhmdarı), 28,9%-i "Azpetrol Neft Şirkəti” MMC-yə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.