BANK

17 May

Bank əməkdaşının intiharı ilə bağlı - AÇIQLAMA

Paytaxtın Binəqədi rayon sakini Mahir Sultanovun yaşadığı mənzildə turnikə bərkidilmiş kəndirlə özünü asaraq öldürməsi barədə Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub.

Fins.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Prokrorluq əməkdaşları tərəfindən məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Araşdırma üzrə məhkəmə tibb ekpertizası təyin olunub. Zəruri prosessual hərəkətlər həyata keçirilib.

Hazırda Binəqədi Rayon Prokurorluğunda araşdırma davam etdirilir.

Qeyd edək ki, 1981-ci il təvəllüdlü Mahir Sultanov ölkənin aparıcı banklarından birinin Xəzər rayon filialının müdiri vəzifəsində çalışıb. (Report)