Bakı, 12 yanvar Fins.az
Mərkəzi Bank manatın məzənnəsi ilə bağlı açıqlama verib və açıqlamadan belə anlaşılır ki, hökumət 2021-ci ildə də manatın məzənnəsini sabit saxlamağı düşünür.
Fins.az xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev Mərkəzi Bankın bu gün valyuta hərracında dollara yaranan tələbin daha yüksək olması ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib
O bildirib ki, xatırlayırsınızsa, ötən ilin son günləri manatın məzənnəsi ilə bağlı statusda 2021-ci ildə hökumətin məzənnəni sabit saxlamaq niyyətini istisna etməmişdim. Mərkəzi Bank buna nail ola biləcəkmi? Bunu zaman göstərəcək.
Samir Əliyev həmçinin I rübdə məzənnə dəyişikliyi gözləmədiyini vurğulayaraq "Mənim də gözləntim belədir. Ən azı I rübdə məzənnə dəyişikliyi gözləmirəm. Sonrakı dövrlərdə dünyada və ölkədə gedən proseslərə uyğun olaraq gözləntimizə korrektə edə bilərik -deyə qeyd edib.
Müəllif: Aynur Qəniyeva