BANK

18 Dekabr

Azərbaycanda inflyasiya nə qədər olub?-MƏRKƏZİ BANK AÇIQLAYIR

Bakı 18 dekabr Fins.az

 

Dekabrda yenilənmiş proqnozlara görə, inflyasiyanın 2020-ci ilin sonuna 3% ətrafında, 2021-ci ilə isə 3.5-4% diapozonunda formalaşacağı gözlənilir.

Fins.az  xəbər verir ki, bu barədə Mərkəzi Bankın yaydığı məlumatda qeyd olunub.

Bildirilir ki, inflyasiyanın dinamikası son aylar üzrə proqnozlaşdırılan trayektoriyaya uyğundur və əsasən azaldıcı amillərin təsiri altında formalaşır. Pandemiya ilə bağlı məcmu tələbin aşağı və məcmu buraxılışın kəsirli olduğu şəraitdə rəsmi statistikaya görə noyabrda 12 aylıq inflyasiya 2.4% təşkil etmişdir ki, bu da hədəf diapazonunun mərkəzindən aşağıdır.