BANK

18 Dekabr

İnflyasiyaya azaldıcı təsir göstərən amillər üstünlüyünü qoruyur

Bakı 18 dekabr Fins.az

Qısamüddətli dövr üzrə inflyasiyaya azaldıcı təsir göstərən amillər üstünlüyünü qoruyur

Fins.az xəbər verir ki,bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb 

Məlumatda bildirilir ki, pul siyasətinə həsr olunmuş ötən iclasdan bəri risk balansında əhəmiyyətli dəyişikliklər baş verməyib.

Həmçinin məlumatda"qısamüddətli dövr üzrə inflyasiyaya azaldıcı təsir göstərən amillər üstünlüyünü qoruyur. Dünya ərzaq qiymətlərində bahalaşma və epidemiya əleyhinə xərclərin artması məcmu tələbin azalması hesabına neytrallaşır"-deyə qeyd olunub

Mərkəzi Bank nəzərə çatdırır ki,manatın məzənnəsinin sabitliyi və iqtisadiyyatda əhəmiyyətli qeyri-müəyyənliklər fonunda kreditə tələbin azalması qısamüddətli dövrdə qiymət sabitliyinin əsas amilləridir.