Pul bazası ilin əvvəlindən 3.3% artıb ki, bu da gözləniləndən əhəmiyyətli aşağıdır.
Fins.az xəbər verir ki,bu barədə Mərkəzi Bank məlumat yayımlayıb
Məlumatda bildirilir ki, ötən iclasdan bəri monetar şəraitdə əhəmiyyətli dəyişiklik baş verməmişdir.
Pul bazası ilin əvvəlindən 3.3% artmışdır ki, bu da gözləniləndən əhəmiyyətli aşağıdır.
Noyabr-dekabr aylarında Mərkəzi Bankın depozit əməliyyatları və qısamüddətli notları üzrə faiz dərəcələri sabit qalsa da, dövlət qiymətli kağızlarının gəlirliliyi azalma meyilini qorumuşdur. Banklararası REPO bazarında orta faizlərdə ciddi dəyişiklik müşahidə edilmir.