BANK

18 Dekabr

Azərbaycan və Türkiyə Mərkəzi bankları birgə tədqiqat işləri aparacaq

Bakı 18 dekabr Fins.az

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) və Türkiyə Mərkəzi Bankı (TMB) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Fins.az xəbər verir ki, AMB-nin məlumatına görə, memorandumun məqsədi hər iki ölkənin mərkəzi bankçılıq sahəsində əlaqələrinin dərinləşdirilməsi, məlumat mübadiləsi və əməkdaşlığın gücləndirilməsidir.

Sənədə əsasən, tərəflər arasında mərkəzi bankçılığın müxtəlif istiqamətlərində təcrübə mübadiləsinin aparılması, birgə tədqiqat işlərinin reallaşdırılması, təlim proqramlarının keçirilməsi, məsləhət xidmətinin göstərilməsi nəzərdə tutulur.

“Eyni zamanda, memorandum çərçivəsində tərəflər arasında hər iki ölkədə baş verən iqtisadi və maliyyə proseslərinə, eləcə də mərkəzi bankçılıq məsələlərinə dair məlumat və fikir mübadiləsi aparılacaq”, - deyə məlumatda qeyd olunur.

AMB-də hesab edirlər ki,memorandum hər iki ölkənin bank sisteminin inkişafına öz töhfəsini verəcək