Əmanətlərin tam sığortalanması müddəti uzadılıb.
Fins.az məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Əmanətlərin tam sığortalanması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Azərbaycanda 2016-cı ilin martın 4-də qüvvəyə minmiş və müddəti iki dəfə uzadılmış "Əmanətlərin tam sığortalanması haqqında" qanun bu ilin dekabrın 4-də qüvvəsini itirib və layihəyə əsasən qanunun müddətinin gələn il aprelin 5-dək uzadılıb.
(c)APA