Bu gün Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayacaq.Ölkədə mövcud makroiqtisadi vəziyyəti nəzərə alaraq uçot dərəcəsi ilə bağlı qərar maraqla gözlənilir.Fins.az Mərkəzi Bankın uçot dərəcəsi ilə bağlı bu gün hansı qərarı verəcəyi ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənovun fikirlərini öyrənib.
İqtisadçı bildirib ki, mən ümumiyyətlə bu gün Mərkəzi Bank tərəfindən faiz dərəcəsinin dəyişəcəyini gözləmirəm.Ona görə ki,faktiki olaraq mövcud konyunktur Mərkəzi Bankın indiki şərtlər daxilində faiz dərəcəsində azalmalar getmək etimalını aradan qaldırıb. Faktiki neftin qiyməti ilə bağlı konyunktur növbəti il üçün tam olaraq bəlli deyil.Bu sahədə müəyyən eniş və yoxuşlar var. Digər tərəfdən dövlət büdcəsinin maliyyələşməsi üçün növbəti il üçün büdcənin xərclər hissəsi kifayət qədər çox olacağı gözlənilir xüsusilə Qarabağın təmiri bərpası ilə bağlı xərclər daxil edildiyi halda. Bu o deməkdir ki, ölkəyə əlavə vəsaitlərin daxil olması etimalı çox yüksəkdir və valyuta bazarlarında bu pul kütləsi təzyiq yarada bilər. Bu məqamı da Mərkəzi Bank nəzərə almağa çalışacaq.
Rəşad Həsənov qərarın növbəti ilin maliyyə sabitliyinə də təsir edəcəyini nəzərə alaraq qeyd edib ki, növbəti il üçün artıq bu gün qəbul olunan qərarlar yanvar ayını da əhatə edəcək.Bunu nəzərə alaraq Mərkəzi Bank növbəti il üçün yaranacaq infilyasiya təzyiqlərini müəyyən qədər nəzərə alacaq.Bu gün uçot dərəcəsini sabit saxlayacaq.
Müəllif:Aynur Qəniyeva