Bu gün ABŞ Mərkəzi Bankının (Fed) 2020-ci il üzrə sonuncu yığıncağı başa çatacaq.
Fins.az xəbər verir ki, Fed faiz qərarını Bakı vaxtı ilə saat 23:00-da açıqlayacaq. Fed-in faizində (0,25%) dəyişiklik edəcəyi gözlənilmir, amma Bankın qiymətli kağız alış proqramı ilə bağlı yeniliklər ola bilər.
Bakı vaxtı ilə saat 23:30-da Fed sədrinin mətbuat konfransı başlayacaq.
Sərmayəçilər ilin son yığıncağını diqqətlə izləyirlər və Bankın qiymətli kağız alış proqramına dair yeni xəbərlər olacağını gözləyirlər.