BANK

15 Dekabr

Tahir Mirkişili:Banklarda kredit faizləri yüksəkdir

Bakı 15 dekabr   Fins.az

“Mərkəzi Bankda hazırda yeni qanun layihəsi barədə aktiv iş gedir”.

Fins.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Tahir Mirkişili deyib.

O bildirib ki, banklarda kredit faizləri yüksəkdir: “Biz də istərdik ki, kredit faizləri birrəqəmli olsun. Bunun üçün banklarda olan sərbəst vəsaitlərin bazara sərbəst transferini təmin etmək lazımdır. Hazırda bank sistemi ilə bağlı Mərkəzi Bankda yeni qanun layihəsi üzərində iş gedir. Bu qanun layihəsi qəbul ediləndə bank kreditlərinə daha yaxşı çıxış imkanları yaranacaq”.