Yeni növ koronavirus (COVID-19) pandemiyası 2021-ci ilin II rübündə sona çatacaq, qlobal iqtisadiyyat isə bir il ərzində normallaşacaq.
RİA "Novosti xəbər verir ki, bunu "Saxo Bank"ın (Danimarka) investisiya direktoru Stin Yakobsen deyib.
Onun sözlərinə görə, bazar 2021-ci ildə normallaşacaq. Yakobsen həmçinin, Asiya iqtisadiyyatının digərlər regionlardan daha sürətli canlanacağını qeyd edib.