BANK

11 Dekabr

Deputat:Qorunmayan əmanətlərlə bağlı məsələlərə də baxmaq lazımdır

Bakı 11dekabr   Fins.az

Deputat Əli Məsimli layihənin müzakirəsində bildirib ki, banklarla Milli Məclisin dialoqunun keçirilməsini uzun illər təklif ediblər:

Fins.az xəbər verir ki, deputat qeyd edib ki, qorunmayan əmanətlərlə bağlı məsələlərə də baxmaq lazımdır: “Bu məsələyə baxılmalıdır. Hazırda tərəzinin bir gözünə qoyaq 99,9 % qorunan əmanətləri, digər gözünə 0,1% qorunmayan əmanətləri qoyaq. Bu zaman qorunmayan əmanətlər çox olacaq. Qorunmayan əmanətlərlə bağlı məsələ də yaxşı olardı ki, gələcəkdə bu qanunda nəzərdə almalıdır. Eyni zamanda məzənnə dəyişən zaman qorunan və qorunmayan əmanətlərə bunun necə təsir edəcəyi də nəzərə alınmalıdır. İşğaldan azad edilmiş torpaqların bərpa edilməsi ilə bağlı sandıqlarda olan pulları çıxarmaq vaxtıdır. Bu işdə bütün yükü dövlətin üzərinə atmaq olmaz. Burada bir sıra mexanizmlər işlənib hazırlanmalıdır".