Bakı, 8 dekabr Fins.az
Hazırda tətbiq olunan vahid tarif, bankların reytinqinə uyğun olaraq fərqli formada tətbiq olunacaq
Fins.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Tural Piriyev deyib.
O qeyd edib ki,bankların reytinqinə görə gələcəkdə əmanətlərin sığorta limitinin fərqli ola bilər.Bildiyiniz kimi, bu qısa müddətdə tətbiq olunacaq mexanizm deyil. Buna uzun bir dönəm lazımdır. Bütün bank sektoru yenidən araşdırılmalıdır. Renkinq sistemi yenidən nəzərdən keçirilməlidir və bundan sonra bu mexanizm tətbiq oluna bilər.
Tural Piriyev deyib ki, Həmin mexainzm tətbiq olunandan sonra, hazırda tətbiq olunan vahid tarif, bankların reytinqinə uyğun olaraq fərqli formada tətbiq olunacaq. Bəzi banklarda yüksək, bəzi banklarda aşağı.Bunun üzərində hazırda işlər aparılır və gələcəkdə böyük ehtimal bunun yeni təklifləri ilə çıxış edəcəyik.