“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılacaq.
Fins.az-ın əldə etdiyi məlumata görə, sahibkarların cari bank hesablarının 20 min manatədək olan hissəsinin də sığortalanması və sığorta hadisəsi baş verdikdə kompensasiya ödənilməsi təklif edilir.
Hazırda qüvvədə olan “Əmanətlərin sığortalanması haqqında” qanuna görə, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri qorunan əmanətlərə aid edilmir.
Qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən əmanətçiyə kompensasiya olunan əmanətidir. Sığortalanmış əmanət – əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir.