Sberbank, Kamaz-ı Sənaye və Ticarət Nazirliyinin avtomobil sənayesini dəstəkləmək üçün 10 milyard rubla qədər olan proqramı çərçivəsində güzəştli maliyyələşdirmə təmin edəcək.
Fins.az xəbər verir ki,bu barədə kredit təşkilatının press-relizində bildirilir.
Məlumatda "Sberbank və PJSC Kamaz, maksimum maliyyə limiti 10 milyard rubla qədər olan kredit müqavilələrinin bağlanması barədə razılığa gəlib. Vəsaitlər Sənaye və Ticarət Nazirliyinin avtomobil sənayesini dəstəkləmək proqramı çərçivəsində təmin edilir və 2020-ci ildə avtomobil avadanlıqlarının istehsalı və təchizatı üçün istifadə ediləcək" -deyə qeyd edilir.
Sənaye və Ticarət Nazirliyi tərəfindən federal büdcədən ödənilən kompensasiya sayəsində kredit nisbətinin 0% olacaq.Verilən maliyyənin həm istehsalçının həm də tərəfdaşlarının məşğulluğunu və yük istehsalını təmin edəcək qeyd edilib
"Ak Bars Bank, PJSC Kamaz üçün avtomobil avadanlığının tədarükü üçün 5.5 milyard rubla bir kredit xətti açdı. Avtomobil istehsalçılarına dəstək proqramı çərçivəsində 0%-likr kredit verildi" deyən Ak Bars bir açıqlamasında qeyd edib.
Müəllif: Aynur Qəniyeva