BANK

07 Dekabr

Azad olunmuş ərazilərdə bank ofisləri quraşdırılır-FOTO

İşğaldan azad olunan ərazilərdə uzun illərdən sonra ilk dəfə Azərbaycan bankının xidmətlərindən istifadə mümkün olub. Azərbaycan Beynəlxalq Bankı Hadrut qəsəbəsində özünün ATM-i quraşdırıb.

Fins.az  xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Bankı məlumat yayıb.

Qeyd olunub ki, Hadrut və yaxın ərazilərdə bank xidmətlərinə ehtiyac duyan vətəndaşlarımız bu imkandan faydalana bilərlər:

"ATM-lərlə müxtəlif ödənişlər etmək, köçürmələr aparmaq, vəsait nağdlaşdırmaq və s. bu kimi bank xidmətlərindən istifadə etmək mümkündür".

Əlavə edilib ki, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçiriləcək quruculuq-bərpa və əhalinin qayıdışı proqramına uyğun olaraq Azərbaycan Beynəlxalq Bankı da bu ərazilərdə yeni xidmət ofislərinin açılması, o cümlədən bankın ATM-lərinin quraşdırılması tədbirlərini reallaşdıracaq.